"Saudi Aramco" gündəlik neft hasilatını 13 mln. barelədək artıra bilər

"Saudi Aramco" gündəlik neft hasilatını 13 mln. barelədək artıra bilər
# 11 mart 2020 13:34 (UTC +04:00)

Səudiyyə Ərəbistanının milli neft şirkəti olan "Saudi Aramco" son 10 ildə ilk dəfə olaraq gündəlik neft hasilatını 13 mln. barelədək artırmağı planlaşdırır.

"APA-Economics"in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, bu barədə "Saudi Aramco"nun yaydığı bəyanatda bildirilir.

Bununla dünyanın ən böyük ixracatçısı olan Səudiyyə Ərəbistanı şirkəti Rusiya və ABŞ-ın şist istehsalçıları ilə qiymət və tədarük rəqabətində gərginliyi artırmaq istəyir.

Qeyd edək ki, bazar ertəsi Rusiyanın OPEC-lə neft hasilatının azaldılmasına dair razılığa gəlməməsi, Səudiyyə Ərəbistanı tərəfindən neftin istehsalının artırması və yayılmış koronavirusun təsiri səbəbindən dünya bazarlarında neft 31% ucuzlaşıb. Daha sonra "qara qızıl"ın qiyməti bir qədər artıb. Hazırda "Brent" markalı neftin 1 barelinin qiyməti 36,67 dollar, WTI-ın isə 33,69 dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR