"Saudi Aramco" iyunda yüngül neft qiymətlərini artıracaq

"Saudi Aramco" iyunda yüngül neft qiymətlərini artıracaq
# 07 may 2020 16:27 (UTC +04:00)

Səudiyyə Ərəbistanının "Saudi Aramco" dövlət şirkəti bu ilin iyun ayında bütün bölgələrdən olan alıcılar üçün "Arab Light" markalı neftin qiymətlərini artıracağını elan edib.

"APA-Economics"in məlumatına görə, bu barədə "Interfax" "Saudi Aramco"ya istinadən xəbər verir.

Məlumata əsasən, asiyalı müştərilərə yüngül neftin bir bareli 1,4 ABŞ dollarından daha baha başa gələcək. Şimal-Qərbi Avropadakı alıcılar üçün qiymətlər 3,7 dollar, amerikalı müştərilər üçün isə 1,5 dollar artacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR