"Star Rafineri" ötən il 1,3 mln. tona yaxın məhsul ixrac edib

"Star Rafineri" ötən il 1,3 mln. tona yaxın məhsul ixrac edib
  • Clock-gray 14:25
  • calendar-gray 26 Fevral 2020

Ötən il ərzində Türkiyənin Əliağa yarımadasında SOCAR tərəfindən inşa edilən "Star Rafineri" neft emalı zavodu (NEZ) 1,28 mln. tondan artıq neft məsulları ixrac edib.

"APA-Economics"in Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinə (EPDK) istinadən verdiyi məlumata görə, 2019-cu ildə zavodun ixrac üzrə ən yüksək göstəricisi mart ayında qeydə alınıb və 319,02 min ton təşkil edib.

Məlumata əsasən, ötən il NEZ Türkiyənin daxili bazarına 759,2 min tona yaxın neft məhsulları yönəldib.

Qeyd edək ki, "Star Rafineri" neft emalı zavodu 2018-ci ilin oktyabr ayında istifadəyə verilib. Zavod ildə 10 mln. ton xam neft emal gücünə malikdir. Əsas məhsullarını dizel yanacağı (5 mln. tona yaxın), təyyarə yanacağı (1,5 mln. ton), nafta (1,5 mln. ton), reformat (1 mln yaxın) və kükürd, maye neft qazı, neft koksu və sair neft məhsullarıdır təşkil edir. Bu il zavodda 8 mln. ton neftin emalı nəzərdə tutulub. Bu ilin sonunadək müəssisə 4 mln. ton dizel, 1 mln. tona yaxın təyyarə yanacağı, 1 mln. ton nafta, 700 min ton reformat istehsal etməyə planlaşdırır. Lakin 2020-ci ildən etibarən "Star" ildə 10 mln. ton neft emal edəcək.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date