Türkiyə Azərbaycan qazının idxalını 32% artırıb

Türkiyə Azərbaycan qazının idxalını 32% artırıb
  • Clock-gray 17:25
  • calendar-gray 26 Noyabr 2019

Bu ilin yanvar-sentyabr ayları ərzində Türkiyə Azərbaycandan 6,86 mlrd. kubmetrdən artıq qaz idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31,7% çoxdur. Bununla da Azərbaycan Türkiyənin ümumi qaz idxalında ikinci yeri tutur.

"APA-Economics"in Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinə (EPDK) istinadən verdiyi məlumata görə, Türkiyə ötən ilin yanvar-sentyabr aylarında Azərbaycandan 5,21 mlrd. kubmetr qaz idxal edib.

Türkiyəyə qaz idxalına görə birinci yeri Rusiya tutur ki, yanvar-sentyabr aylarında bu ölkədən Türkiyəyə təxminən 11,62 mlrd. kubmetr "mavi yanacaq" ixrac olunub. Üçüncü yerdə qərarlaşan İran isə hesabat dövründə Türkiyəyə 54,16 mlrd. kubmetrdən çox qaz nəql edib.

Qeyd edək ki, ötən dövr ərzində Türkiyənin qaz idxalı 28,47 mlrd. kubmetrə yaxın təşkil edib.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date