Avropa Mərkəzi Bankı: Avropada qaz qiymətləri son dərəcə yüksək qalacaq

Avropa Mərkəzi Bankı: Avropada qaz qiymətləri son dərəcə yüksək qalacaq
# 08 sentyabr 2022 17:30 (UTC +04:00)

Bazar göstəriciləri Avropada qazın topdansatış qiymətlərinin yaxın gələcəkdə son dərəcə yüksək qalacağını deməyə əsas verir.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Avropa Mərkəzi Bankının (AMB) rəhbəri Kristin Laqard mətbuat konfransı zamanı bildirib.

"Bazara əsaslanan göstəricilər neftin qiymətinin yaxın gələcəkdə mülayimləşəcəyini, qazın topdansatış qiymətlərinin isə həddindən artıq yüksək qalacağını göstərir", - Kristin Laqard qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR