Avropada təbii qazın qiyməti 1 500 dolları ötüb - YENİLƏNİB

Avropada təbii qazın qiyməti 1 500 dolları ötüb - YENİLƏNİB
# 30 noyabr 2022 16:39 (UTC +04:00)

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 500 ABŞ dollarını ötüb.

APA-Economics” xəbər verir ki, 30 noyabr tarixində dekabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 526,6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 464,3 dollar) ilə müqayisədə 4,3% çoxdur.

***

09.45

Ötən gün keçirilən hərracların başlanğıcında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 380 ABŞ dollarından yuxarı səviyyədə qərarlaşıb.

APA-Economics” xəbər verir ki, 29 noyabr tarixində dekabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 384,2 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 332 dollar) ilə müqayisədə 3,9% çoxdur.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR