Plevneliyev: "Enerji resursları ilə bizə dəstək verən Azərbaycana minnətdarıq"

Rosen Plevneliev

© APA | Rosen Plevneliev

# 16 iyun 2022 18:00 (UTC +04:00)

“Rusiyanın Bolqarıstana ixrac etdiyi qazı dayandırması nəticəsində mürəkkəb vəziyyət yaranmışdı. Azərbaycana xalqına və hökumətinə çox minnətdarıq ki, bu mürəkkəb vəziyyətdə enerji resursları ilə bağlı bizə dəstək verdi”.

APA-nın xəbərinə görə, bunu bu gün “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Enerji təhlükəsizliyinə cari təhlükələr: Onların xarakteri, miqyası və aradan qaldırılmasının səmərəli yolları” mövzusunda paneldə Bolqarıstanın sabiq Prezidenti (2012-2017-ci illər) Rosen Plevneliyev bildirib.

O deyib ki, bu ilin sonuna qədər Avropada Rusiya qazından asılılığın 50 faizə qədər azaldılması nəzərdə tutulur:

“Lakin Rusiya və Çin arasında yeni qaz kəməri tikilməkdədir. Hindistan da Rusiyadan enerji resurslarının alınmasını artırıb. Bununla belə, Rusiya üçün Çin və Hindistan Avropanı əvəzləyə bilməz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR