Qazaxıstan neft-qaz layihələrində Azərbaycanın maşınqayırma sənayesi məhsullarından istifadə edəcək

Qazaxıstan neft-qaz layihələrində Azərbaycanın maşınqayırma sənayesi məhsullarından istifadə edəcək
# 09 oktyabr 2019 12:04 (UTC +04:00)

Azərbaycanın maşınqayırma sənayesi məhsulları Qazaxıstanda neft-qaz sahəsində həyata keçirilən layihələrdə istifadə olunacaq.

"APA-Economics"in məlumatına görə? bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Energetika naziri Pərviz Şahbazov deyib.

Onun sözlərinə görə, artıq hər iki ölkənin energetika nazirlikləri səviyyəsində buna dair razılıq əldə olunub: "Qazaxıstanda neft-qaz sahəsində həyata keçirilən layihələr üçün Azərbaycanın maşınqayırma sənayesi vacib rol oynaya bilər. Bu istiqamətdə il ərzində bir sıra addımlar atılacaq. Bununla belə, bir çox Azərbaycan şirkətləri bu gün Qazaxıstanın infrastruktur layihələrində, o cümlədən neft-qaz sənayesində böyük uğurla iştirak edir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR