Türkiyə gündəlik neft hasilatını 61 min barelə çatdırıb

Türkiyə gündəlik neft hasilatını 61 min barelə çatdırıb
# 27 may 2021 15:57 (UTC +04:00)

Türkiyədə daha üç neft quyusu aşkar olunub ki, bu da ölkədə gündəlik neft hasilatını 61 min barelə çatdırmağa imkan yaradıb.

"APA-Economics" xəbər verir ki, bunu cümə axşamı İstanbulda çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Qara dənizdə qaz aşkarlandıqdan sonra, quruda da nəticələr əldə edilib.

"Əvvəllər aşkar olunan quyularla birlikdə biz neftin olmadığı güman edilən quyularda da neft hasilatına başladıq. Təkcə son üç ayda üç yeni neft yatağı kəşf etdik. 2021-ci ildə üç yeni yatağı nəzərə alaraq, Türkiyədə gündəlik neft hasilatı təxminən 61 min barel təşkil edib", - deyə Ərdoğan qeyd edib.

Türkiyənin dövlət başçısı əlavə edib ki, bu cür çoxdan gözlənilən xəbərlər gələcəkdə də gəlməkdə davam edəcək.

Qeyd edək ki, neft Türkiyənin cənub-şərqindəki Diyarbakır, Adıyaman və Şanlıurfa vilayətlərində hasil olunur. Türkiyə daxili neft tələbatının yalnız 5%-ni təmin edir. Əsas ehtiyaclar Rusiyadan daxil olmaqla idxal hesabına ödənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR