"Prior Leasing"in direktoru Azər Hümbətov: "Caspian Agro" sərgisində iştirak etməyimizin səbəbi aqrar sahədəki islahatlardır

"Prior Leasing"in direktoru Azər Hümbətov: "Caspian Agro" sərgisində iştirak etməyimizin səbəbi aqrar sahədəki islahatlardır
  • Clock-gray 18:11
  • calendar-gray 16 May 2019

“Bu il ilk dəfə olaraq “Caspian Agro” beynəlxalq kənd təsərrüfatı sərgisində iştirak edib, sərginin əsas sponsorlarından olmuşuq. Bunun da səbəbi aqrar sahədə islahatlar - kənd təsərrüfatı texnikasının maliyyələşməsində bizim də iştirakımıza imkan yaradılmasıdır”. APA-nın məlumatına görə, bunu sərginin sponsorlarından biri olan “Prior Leasing şirkətinin baş direktoru Azər Hümbətov bildirib.

Onun sözlərinə görə, kənd təsərrüfatı texnikası və damazlıq heyvanları kənd təsərrüfatı məhsulları istehsalçılarına lizinqlə təklif edən “Prior Leasing” sərgiyə iki stendlə qatılıb. 

“Məqsədimiz daha çox fermer və sahibkarı məlumatlandırmaq, şirkətimizi tanıtmaqdır. Stendlərimizə maraq böyükdür. Bizdən kənd təsərrüfatı texnikasının lizinq şərtlərini soruşurlar və elə buradakı stendimizdə müştərilərdən sifariş qəbul edirik”, - deyə Azər Hümbətov vurğulayıb.

O həmçinin bildirib ki, yaradılmış elektron müraciət sisteminə 2 gün ərzində 200-dən artıq müştəri sorğusu daxil olub: “Müraciətlərin çoxluğunu nəzərə alıb, ərizə və sifarişlərin toplanması, məlumatlandırmanın dolğun aparılması üçün sərgiyə könüllülər cəlb etmişik. Öz stendimizdən başqa, əməkdaşlarımız 10 tərəfdaşımızın da stendində müraciətlər qəbul edir və məlumatlandırırlar. Hər bir fermer bizim əməkdaşlarımız olan istənilən stenddə texnika və damazlıq heyvanın lizinqlə satışı qaydalarını öyrənə və ya dərhal sifariş verə bilər”.

“Prior Leasing”in digər stendində damazlıq heyvanlar nümayiş etdirilir. Bu heyvanlar şirkətin xaricdən idxal etdiyi iri və xırdabuynuzlu heyvan cinsləridir. Şirkətin təklif etdiyi cins heyvanların dəyərinin 60%-i dövlət tərəfindən qarşılanır, qalan hissə isə sərfəli lizinq şərtləri ilə müştərilər tərəfindən ödənilir.

“Əminik ki, sərgidə olduğumuz müddətdə daha çox adamı dövlətin təklif etdiyi bu sərfəli təkliflər barədə məlumatlandıra, qəbul etdiyimiz müraciətləri real satışa çevirə biləcəyik”, - deyə Azər Hümbətov əlavə edib.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date