
- apa.az
- Siyasi
İnsan alverinə qarşı necə mübarizə aparmalı? - TƏHLİL
Bu gün dünyada insan alverinə qarşı mübarizə günüdür.
İnsan alveri müasir dünyanın qarşılaşdığı milli və ya transmilli səviyyədə, əksər hallarda isə mütəşəkkil cinayətkarlıqla əlaqəlidir.
İnsan alverinə qarşı mübarizə üçün beynəlxalq səviyyədə xeyli anlaşma, protokol, dövlətlərarası qarşılıqlı yardım sənədləri, konvensiya imzalanıb. Bütün sənədlərdə vurğulanır ki, bu cinayətə qarşı mübarizə aparmaq üçün dövlətlərin qarşılıqlı yardımlaşması labüddür.
Bəs insan alveri nədir? Hansı hallar insan alveri hesab olunur?
Avropa Şurasının “İnsan alverinə qarşı mübarizə haqqında” 16 may 2005-ci il tarixli Varşava Konvensiyasında "insan alveri" anlayışı belə təsbit olunub: "İnsan alveri dedikdə, hədə-qorxu və ya zor tətbiq etməklə, yaxud başqa cür məcbur etməklə, qaçırma, dələduzluq və ya aldatma yolu ilə, vəzifədən və ya şəxsin köməksiz vəziyyətindən sui-istifadə etməklə və yaxud pul və ya digər maddi vəsaitlər vermək və ya almaqla hər hansı bir şəxsdən onun himayəsində olan şəxs barəsində razılıq almaqla, şəxslərin istismar məqsədləri üçün cəlb edilməsi, daşınması, ötürülməsi, gizlədilməsi və ya qəbul edilməsi başa düşülür".
Yeri gəlmişkən, Azərbaycan da bu Konvensiyaya qoşulub və sənəd 11 may 2010-cu ildə təsdiq edilib.
İnsan alveri insan hüquqlarını, ləyaqət və toxunulmazlığını pozur, bu cinayətin qurbanlarını köləyə çevirir. Konvensiyada, əsasən, bu qəbildən olan işlərin araşdırılmasında gender bərabərliyinin qorunması və uşaq hüquqlarının müdafiəsinin vacibliyi qeyd edilib.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1-ci maddəsi ilə insan alveri cinayəti sanksiyalaşdırılıb.
Əksər hallarda təqsirkarlar özlərinə bəraət qazandırmaq üçün bu “arqumentlərdən” istifadə edirlər: qurbanları istismara özləri razılıq verib, əxlaqsız həyat tərzi keçiriblər və s.
Amma bütün bu “arqumentlər” insan alverinə cəlb edənin cəzasını yüngülləşdirən hal kimi nəzərə alına bilməz. Hər hansı şəxsin yüngül həyat tərzi keçirməsi və ya istismar olunmağa razılıq verməsi onun insan alverinin qurbanına çevrilməsinə əsas ola bilməz.
Maddənin maraqlı xüsusiyyətlərindən biri də budur ki, yetkinlik yaşına çatmayan şəxsin istismar məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi ADAM OĞURLUĞU DEYİL, MƏHZ İNSAN ALVERİ hesab edilir.
İnsan alveri cinayətləri kateqoriyasına, həmçinin, məcburi əmək, insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlər, fahişəliyə cəlb etmə, yetkinlik yaşına çatmayanı fahişəliyə cəlb etmə, uşaq pornoqrafiyasının dövriyyəsi, əxlaqsızlıq yuvaları saxlama, seksual xarakterli hərəkətlərə məcbur etmə, insan orqanlarının və ya toxumaların alqı-satqısı və onların transplantasiya məqsədi ilə götürülməsinə məcbur etmə, pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma, köləlik, qanunsuz olaraq övladlığa götürmə, insan alverindən zərərçəkmiş şəxs haqqında konfidensial məlumatları yayma kimi cinayətlər aid edilir.
BMT-nin baş katibi Antonio Quterreş İnsan Alverinə Qarşı Mübarizə günü ilə bağlı müraciətində “qeydə alınmış qurbanların təxminən 72 faizini qadın və qızlar təşkil edir, zərərçəkmiş uşaqların sayı isə 2004-cü ildən 2016-cı ilə qədər iki dəfədən çox artıb” deyə, qeyd edib.
Bizim də ölkəmizdə qurbanların əksəriyyətini qadınlar təşkil edir. 2018-ci ildə Azərbaycanda 144 insan alveri cinayəti faktı qeydə alınıb, bu da 2006-cı illə müqayisədə 115 fakt çoxdur.
Yeri gəlmişkən, Azərbaycan İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı qəbul edib, eyni zamanda xüsusi polis qurumu yaradılıb.
Bəs mübarizə yolu nədir?
Hər şeydən əvvəl maarifləndirmə tədbirlərinin artırılmasına ehtiyac var. Bu cinayətlə mübarizənin yollarından biri də qadın və uşaqların hüquqi və sosial müdafiəsinin gücləndirilməsi, insan alverinə şərait yaradan sosial problemlərin həllinə yönəldilmiş proqramların hazırlanması və həyata keçirilməsidir. İnsan alverinin potensial qurbanlarının ictimai faydalı əməyə cəlb edilməsi, onların məşğulluğunun təmin edilməsi vacib şərtdir.
Təkcə cəmiyyətdə deyil, potensial qurbanlar arasında da maarifləndirmə və təbliğat işinin təşkili mütləqdir. Qurbanlar onları gözləyən təhlükə, müdafiə tədbirləri, hüquqi baza barədə məlumatlı olmalıdırlar.
Və ən əsası, təhsildən yayınan uşaqların aşkar edilməsi, onların təlim və tərbiyəsinə diqqət edilməsi çox vacibdir. Cəmiyyətin qazandığı hər bir yeniyetmə bir qurbanın azalması deməkdir...
Şamil Paşayev
Hüquqşünas

Digər xəbərlər
XƏBƏR LENTİ
Mexikonun mərkəzində baş vermiş atışma zamanı ölənlərin sayı 5 nəfərə çatıb
Ağ Ev Trampla Lavrovun görüşünün təşkil edilməsi üzərində işləyir
Bakıda piyadanı avtomobil vurub, vəziyyəti ağırdır
Bakıda azyaşlını mikroavtobus vurub
Suriyanın Həma əyalətində raket zərbələri nəticəsində bir nəfər ölüb
Bakıda gənc oğlan ürəyindən bıçaqlanaraq qətlə yetirilib - FOTO
“Bordo” üstünlüyü qoruya bilməyib
“Sevilya” səfərdə heç-heçə oynayıb
“Milan” qalib gəlib, autsayder dəyişib
Yens Stoltenberq: "Rusiya NATO-ya nə düşməndir, nə də rəqib"
Bakıda gənc oğlanı avtomobil vurub
FTB Florida ştatındakı hərbi bazaya hücumu terror aktı kimi araşdırır
Lənkəran sahillərində zəlzələ olub
Autsayder Bremendə qalib gəlib
Tovuzda iki qadın dəm qazından zəhərlənib
Bakıda marşrut avtobusu piyadanı vurub
Rusiyanın "Su-35"-ləri Suriyada İsrail qırıcılarını ələ keçirib
Ağstafada 51 yaşlı kişi həmkəndliləri tərəfindən döyülüb
“Lester” 3 xala 4 qolla sahib olub
“Beşiktaş” əzmkar qələbə qazanıb, “Başakşəhər” büdrəyib
Məktəb direktorunun qızı özünü binadan atıb
Aeroport şossesində yol qəzası baş verib, yolda sıxlıq yaranıb - FOTO
Mingəçevirdə avtomobil aşıb, sürücü xəsarət alıb - FOTO
61 yaşlı qadın "Sədərək" ticarət mərkəzində bıçaqlanıb
Dario Frederiko: “Qarabağ”ın ötən ilki uğurunu biz də təkrarlaya bilərik"
“Sabah”ın honduraslı hücumçusu: “Etiraf edirəm ki, yaxşı çıxış etmirəm”
Dekabrın 26-dək növbədənkənar parlament seçkilərilə əlaqədar ödənişsiz təşviqatın aparılacağı KİV-lər müəyyənləşəcək
Bakıda mənzildə 36 yaşlı kişinin meyiti tapılıb
İsrail Qəzza sektorunda hərbi əməliyyat aparmağa hazırlaşır
Uqandada sel və daşqınlar nəticəsində 22 nəfər ölüb
“Neftçi” qalib gəlib, “Səbail” darmadağın olub, fasilə başlayıb
Keniyada binanın çökməsi nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb
Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın olub
Bərdədə 3 yaşlı uşaq dəm qazından boğularaq ölüb
Beynəlxalq Avtovağzal yaxınlığında avtomobil yanır, Sumqayıt-Bakı şosesində tıxac yaranıb - FOTO
Fransa ABŞ-dan ÜTT-yə şikayət etməyə hazırlaşır
Astarada ev yanıb, 57 yaşlı kişinin yanmış meyiti aşkarlanıb
Ərdoğan Ahısxa türkləri ilə görüşəcək
Qusarda 15 yaşlı qız dəm qazından zəhərlənərək ölüb
İsmayıllıda avtomobil qəzası iki nəfərin ölümünə səbəb olub
İranda 15 min 618 deputatlığa namizəd qeydə alınıb
Beynəlxalq Taekvondo Federasiyası Azərbaycan yığmasının çalışdırıcısını ilin məşqçisi elan edib
Əlcəzairdə sabiq Baş nazirlərin 20 il azadlıqdan məhrum edilməsi tələb olunur
Azərbaycan ağırlıqqaldıranı ikinci dəfə Avropa çempionu olub
Azərbaycan taekvondoçuları Avropa birinciliyində 7 medal qazanıb
Messi yeni rekord müəyyənləşdirib
Honkonqda hökumət əleyhinə razılaşdırılmış aksiya keçirilir
Azərbaycan XİN Ukraynaya başsağlığı verib
Yevda Abramov dəfn olunub - VİDEO
"Sədərək" Ticarət Mərkəzində avtobus və minik avtomobili toqquşub, 2 nəfər xəsarət alıb - FOTO

VİDEO XƏBƏRLƏR


Məhəmmədrəsul Məcidov yenə nokautla qalib gəlib - VİDEO - FOTOSESSİYA

“Dedi ki, evsiz-eşiksiz qalmış insanların problemlərini həll etmək bir Prezident kimi mənim borcumdu” - ŞAMAXIDAN REPORTAJ

Azərbaycan Ali Hərbi Məktəbin kursantları çöl çıxışlarına başlayıb - VİDEO

Zakir Həsənov cəbhəboyu zonadakı hərbi hissələrdə aparılan tikinti işlərinin gedişi ilə tanış olub - VİDEO

FOTO XƏBƏRLƏR

Psixoloqların diaqnostik qiymətləndirilməsi üzrə imtahan proqramı açıqlanıb

Hər zaman aldığımız karamel nədir və onun hansı növləri var? - FOTO - VİDEO

Azərbaycan yığmasının 7 cüdoçusu “Top-20”də yer alıb

“Siyasi repressiya qurbanları muzeyi”nin açılışı olub - FOTOSESSİYA

Ağstafada iki ədəd 122 mm-lik raket aşkar olunub
Arxiv
TOP 5
Nazirlər Kabineti Yeni ildə iş və istirahət günlərinin yerinin dəyişdirilməsinə aydınlıq gətirib
Azərbaycanda magistraturaya qəbul prosesi sadələşdirilə bilər
İslahatların yaratdığı zərurət: yeni dönəm mediası
Deputat İqbal Məmmədovun oğlunun həbs müddəti uzadılıb