Qarabağda gənclər şəhərciyinin salınması təklif olunur

Qarabağda gənclər şəhərciyinin salınması təklif olunur
# 22 dekabr 2021 11:31 (UTC +04:00)

“Böyük Qayıdış” proqramı çərçivəsində gənc ailələrə dəstək tədbirlərinin həyata keçirilməsi, Qarabağda gənclər şəhərciyinin salınması məqsədəuyğun hesab olunur.

APA-nın məlumatına görə, bu, “Azərbaycanda mövcud ailə münasibətləri: sosial-psixoloji təhlil” ictimai rəy sorğusu və sosioloji tədqiqatın nəticələrində yer alıb.

Qeyd olunub ki, “Qarabağda gənc ailə” layihəsi, burada dövlət ailə və uşaq siyasəti ilə təfərrüatlı sosial dəstək proqramlarının tətbiqi azad edilmiş torpaqlara gənclik nəfəsini, qurmaq əzmini gətirə və gələcəkdə demoqrafik problem gözləntisini birdəfəlik həll edə bilər: "Gənc ailələrə dəstək siyasətinin ən mühüm istiqamətlərindən biri də ev, mənzil məsələsidir. Hazırda evsizlik səbəbindən ailə qura bilməyən gənclərin sayı həddən artıq çoxdur. Güzəştli mənzillərin əldə edilməsi şərtləri asanlaşdırılmalı, xüsusilə gənclər üçün əlçatan olmalıdır. Sosial evlər, ipoteka şərtləri hələlik çoxsaylı gənclərimizi əhatə edə bilmir. Onlar başqa ölkələrə üz tutmağa məcbur olur və beləliklə, maddi, fiziki potensialdan ölkəmiz məhrum olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR