İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Müalicə Müəssisəsində olub

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Müalicə Müəssisəsində olub
# 24 iyun 2008 14:24 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bu gün Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində olub. Komitə sədri APA-ya bildirib ki, müəssisəyə orada saxlanılan və aclıq aksiyası keçirən məhkum Elşən Paşayevin xahişi ilə gedib: “Ürək və əsəb xəstəliyindən əziyyət çəkən Elşən Paşayev saxlandığı 7 saylı Cəzaçəkmə Müəssisəsinə qaytarılmaması tələbi ilə aclıq aksiyası keçirirdi. Onun tələbi nəzərə alınıb, özünə deyilib ki, başqa müəssisəyə köçürüləcək. Ona görə də Elşən Paşayev artıq aclığı dayandırıb”. E. Behbudov Bayılda yerləşən 1 saylı istintaq təcridxanasından Müalicə Müəssisəsinə bu gün köçürülən, iyunun 12-dən başlayaraq aclıq edən Füzuli rayon sakini Zaur Həziyevlə də görüşdüyünü bildirib. Hüquq müdafiəçisi deyib ki, qəsdən adamöldürmədə təqsirləndirilən Z. Həziyev istintaqın qərəzli aparılmasına etiraz olaraq keçirdiyi aclığı onun xahişi ilə dayandıracağına söz verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR