AMEA-nın vitse-prezidenti: “Azərbaycanda tibbi informatika ixtisasının yaradılmasına ehtiyac var”

AMEA-nın vitse-prezidenti: “Azərbaycanda tibbi informatika ixtisasının yaradılmasına ehtiyac var”
  • Clock-gray 13:16
  • calendar-gray 17 İyul 2019

“Azərbaycanda tibbi informatika ixtisasının yaradılmasına ehtiyac var”.

APA-nın xəbərinə görə, bunu Rəyasət Heyətinin iclasında AMEA-nın vitse-prezidenti Rasim Əliquliyev deyib.

O bildirib ki, ABŞ-ın 140, Rusiyanın 11 universitetində bu ixtisas üzrə kadrlar hazırlanır: “Bizdə tibb informatika ixtisası olmalıdır. Həm həkim, həm də riyaziyyatçı olan kadrımız yoxdur. Bu, səhiyyənin informasiyalaşdırılması, elektron tibbin inkişafı baxımından önəmlidir”.

R. Əliquliyev Rəyasət Heyətinin bununla bağlı aidiyyəti qurumlara müraciət etməsini təklif edib.

Əsmər Qabil

Digər xəbərlər

Arxiv

date