ANAMA FHN və Daxili Qoşunların müdavimlərinə təlimlər keçir

ANAMA FHN və Daxili Qoşunların müdavimlərinə təlimlər keçir
# 16 avqust 2022 11:59 (UTC +04:00)

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Fövqəladə Hallar Nazirliyinin və Daxili Qoşunların yeni müdavimlərinə “Humanitar minatəmizləmə” və “Döyüş sahəsinin təmizlənməsi” üzrə təlimlər həyata keçirilir.

ANAMA-dan APA-ya verilən məlumata görə, təlimlər çərçivəsində humanitar minatəmizləmə əməliyyatlarında tətbiq edilən minaaxtarma cihazları və əl alətlərindən istifadə qaydaları, mina və partlamamış hərbi sursatların aşkarlanması, sahənin işarələnməsi, eləcə də döyüş ərazisinin təmizlənməsi metodologiyasının tətbiqi, ərazinin yerüstü və cihazla yeraltı axtarılması və texniki təhlükəsizlik qaydalarına dair biliklər aşılanır.

Sahədə baş verə biləcək bədbəxt hadisə zamanı zəruri ilk tibbi yardım vərdişlərinin formalaşdırılması məqsədilə sonda müdavimlərə “İlk tibbi yardım” təlimləri keçirilir.

Kursları bitirib, imtahanlardan müvəffəqiyyətlə keçən müdavimlər aidiyyəti üzrə xidməti vəzifələrinin yerinə yetirilməsində, eləcə də Qarabağ bölgəsində intensiv şəkildə icra edilən minatəmizləmə əməliyyatlarında öz töhfələrini verəcək.

Agentliyin Göygöl Regional Mərkəzində təşkil edilən, nəzəri və praktiki dərsləri əhatə etməklə 5 həftədən ibarət təlimlərdə hər bir qurumdan 30 nəfər olmaqla, ümumilikdə 60 nəfər müdavim iştirak edir.

Qeyd olunub ki, işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə əməliyyatlarına cəlb olunmuş qurumların əməkdaşlarına mütəmadi şəkildə keçirilən təlim proqramları kadr potensialının artırılması, eləcə də yeni əməliyyat qruplarının yaradılması genişmiqyaslı minatəmizləmə fəaliyyəti istiqamətində qarşıya qoyulan vacib addımlardan biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR