Azad olunan ərazilərdə tikiləcək peşə məktəbləri və kolleclərin sayı açıqlanıb

Azad olunan ərazilərdə tikiləcək peşə məktəbləri və kolleclərin sayı açıqlanıb
# 16 noyabr 2022 18:33 (UTC +04:00)

İşğaldan azad olunan ərazilərin iqtisadi potensialı və əmək bazarının tələbləri nəzərə alınmaqla, peşə və orta ixtisas təhsili müəssisələrinin fəaliyyəti təmin ediləcək.

APA-nın məlumatına görə, bu, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planında əksini tapıb.

2022-2025-cı illərdə Elm və Təhsil Nazirliyi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, KəndTəsərrüfatı Nazirliyi və Dövlət Turizm Agentliyi ilə birgə 9 təhsil müəssisəsinin, o cümlədən 8 peşə təhsili və 1 orta ixtisas təhsili müəssisəsinin tikintisinin və bərpasının layihələndirilməsi, 4 təhsil müəssisəsinin, o cümlədən 3 peşə təhsili və 1 orta ixtisas təhsili müəssisəsinin tikintisinə və bərpasına başlanılmasını təmin etməlidir.

2026-cı ildə 9 təhsil müəssisəsinin, o cümlədən 8 peşə təhsili və 1 orta ixtisas təhsili müəssisəsinin istifadəyə verilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR