Azərbaycanda hər 100 min nəfərdən 433-ü anemiyadan əziyyət çəkir

Səhiyyə Nazirliyi

© APA | Səhiyyə Nazirliyi

# 12 yanvar 2022 15:09 (UTC +04:00)

“Bədəndə olan hemoqlobinin azalmağına anemiya deyilir. 2020-ci ildə Azərbaycanda anemiyadan əziyyət çəkənlərin sayı 43 mindən çox olub”.

APA-nın məlumatına görə, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev bildirib. Onun sözlərinə görə, bu isə o deməkdir ki, ölkədə hər 100 min nəfərdən 433-ü anemiyadan əziyyət çəkir: “Bu, böyük rəqəmdir. Anemiya ilə bağlı müraciət edənlərin çoxu gənc yaşda olan qadınlardır. Bu da fizioloji prosesdir. 2021-ci ildəki statistik rəqəmlər tam hazır deyil. Amma 2016-2020-ci illərdə anemiyada azalma olub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR