Bakıda Türkiyə üçün təşkil edilən yardım kampaniyası davam edir - FOTOLENT

Bakıda Türkiyə üçün təşkil edilən yardım kampaniyası davam edir - FOTOLENT
# 08 fevral 2023 17:10 (UTC +04:00)

Bakıda Türkiyədə zəlzələdən zərər görənlər üçün təşkil edilən yardım kampaniyası davam edir.

APA xəbər verir ki, yardım kampaniyasının təşkil olunduğu ünvanlardan birində - Tbilisi prospektində yerləşən Heydər Əliyev adına İdman Konsert Kompleksində yüzlərlə şəxs könüllü kimi fəaliyyət göstərir. Yardımlar könüllülər tərəfindən çeşidlənir və TIR-lara yığılır. Çeşidlənən əşyalar içində zərərçəkənlər üçün isti geyimlər, eləcə də əlcək, şərf, gödəkcələr, yataq dəstləri, təmizlik ləvazimatları, qida, su, xalça, fənər, generatorlar, odun sobaları üstünlük təşkil edir.

Qeyd edək ki, yardım kampaniyası Türkiyənin Azərbaycandakı səfirliyi və Heydər Əliyev Fondu tərəfindən təşkil olunub.

Türkiyənin Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunan yardım kampaniyası Tbilisi prospektindəki Heydər Əliyev adına İdman Kompleksində qəbul olunur.

Heydər Əliyev Fondu tərəfindən təşkil edilən yardım kampaniyası isə “Dəniz Mall”ın yanında Əl Oyunları Sarayında keçirilir.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR