Baş direktor: "Psixatrop maddələrdən istifadə edən yeniyetmələrin sayı artıb"

Baş direktor: "Psixatrop maddələrdən istifadə edən yeniyetmələrin sayı artıb"
# 24 iyun 2022 14:07 (UTC +04:00)

"Son zamanlar psixatrop maddələrdən istifadə edən şəxslərin sayı artıb".

APA xəbər verir ki, bunu Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov deyib. Onun sözlərinə görə, təəssüf ki, onların arasında yeniyetmələr və gənclər üstünlük təşkil edir:

"Metamfetamin, el arasında yayılan adları ilə desək patı, şüşə kimi maddələr daha çox istifadə olunur".

O deyib ki, 2021-ci ilin dekabr ayına qədər qeydiyyatda olan 34602 nəfər narkotik istifadəçisi var:

“Onlardan 556-sı qadındır. Statistikaya görə, 14 yaşında olan 2, 15-17 yaş arasında olan 12 nəfər narkotik istifadəçisi rəsmi qeydiyyatdadır. Təəssüf hissi ilə deyim ki, 65 yaşdan yuxarı isə 292 narkotik istifadəçisi qeydiyyatdadır”.

Baş direktor son zamanlar sosial şəbəkələrdə yayılan bəzi psixatrop maddələrin gözəllik salonlarında arıqlama vasitəsi kimi təklif edilməsi məsələsinə də toxunub. O deyib ki, gözəllik salonlarında bu kimi maddələrin təklif edilməsi ilə bağlı konkret məlumatı yoxdur:

“Lakin onu deyim ki psixatrop maddələr və ya narkotik vasitələr şəxsin arıqlamasına səbəb ola bilər. Amma bu sadəcə patoloji arıqlamadır və müvəqqətidir. Əksinə bunun ciddi fəsadları ola bilər. Narkoloji Mərkəzdə aparılan müalicə könüllüdür. Digər müalicə metodlarında və ya digər xəstəxanalarda olduğu kimi biz heç kimi müalicə və yatış üçün məcbur edə bilmərik. Bu tamamilə könüllüdür. 18 yaşa qədər olan şəxsləri valideyni və ya qanuni nümayəndəsi mərkəzə yerləşdirə və müalicəsinin təmin edilməsinə nail ola bilər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR