Bulvarda hansısa nöqsanla bağlı məsələni işıqlandırmaq üçün icazə tələb olunub-olunmamasına aydınlıq gətirilib

Bulvarda hansısa nöqsanla bağlı məsələni işıqlandırmaq üçün icazə tələb olunub-olunmamasına aydınlıq gətirilib
# 29 mart 2023 18:41 (UTC +04:00)

Dənizkənarı Milli Park ərazisində hansısa bir nöqsan varsa və media nümayəndəsi bu məsələni işıqlandırmaq istəyirsə, bunun üçün icazə tələb olunub-olunmamasına aydınlıq gətirilib.

Bu barədə APA-ya Dənizkənarı Bulvar İdarəsinin Hüquq, insan resursları və sənədlərlə iş şöbəsinin müdiri Tahirə Qarabəyli açıqlama verib.

O bildirib ki, Dənizkənarı Milli Park ərazisinin abadlaşdırılması Dənizkənarı Bulvar İdarəsinin birinci öhdəliyidir.

"Əlbəttə ki, iş prosesində nöqsanların olması normaldır və bu nöqsanlar aradan qaldırılmalıdır. Burada da media subyektlərinin rolu danılmazdır. Dənizkənarı Bulvar İdarəsinin aparılan çəkilişlə bağlı məlumatlı olması həmin çəkilişə müdaxilə etməsi demək deyil. Ümumiyyətlə, ərazidə mövcud olan hansısa nöqsanların vətəndaşlar tərəfindən çatdırılması üçün portal da mövcuddur. Lakin jurnalistlərlə bağlı məsələ bir az fərqlidir. İcazənin alınması çəkilişin kim tərəfindən aparılmasını öyrənmək zərurətidir. Bu, ilk növbədə qanunvericiliyin tələbidir" - deyə o bildirib.

Tahirə Qarabəyli onu da qeyd edib ki, Dənizkənarı Milli Park hüquqi statusuna görə qoruğa bərabərdir:

"Bu, xüsusi mühafizə olunan təbiət ərazisidir. Burada müxtəlif rejimlərin tətbiq olunması mümkündür. Sadə vətəndaşlar üçün bu əraziyə giriş-çıxış, hər hansısa bir fotoçəkiliş aparılması tam sərbəstdir. Peşəkar çəkilişlər üçün isə ona görə razılıq alınması məcburidir ki, bu, Nizamnaməyə uyğun olaraq qanunvericiliyin tələbidir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR