Eko-fəallar Laçın yolunda aksiyanı davam etdirir - FOTO - VİDEO

Eko-fəallar Laçın yolunda aksiyanı davam etdirir - FOTO  - VİDEO
# 12 dekabr 2022 18:33 (UTC +04:00)

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın yolunda aksiyanı davam etdirir.

APA-nın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, aksiya iştirakçıları ekoloji terror, yataqların qanunsuz istismarı əleyhinə şüarlar səsləndirir, Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələb edirlər.

Aksiya 8 saatdan artıqdır davam edir.

Eko-fəallar aksiyanı gecə boyu davam etdirmək niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR