ETSN: Laçın-Xankəndi yolundakı aksiyaçıların tələbləri çox normaldır

Hikmət Əlizadə

© APA | Hikmət Əlizadə

# 06 yanvar 2023 12:50 (UTC +04:00)

“İşğaldan azad olunmuş ərazilərdə yataqlarımızın qanunsuz istismarı və ekologiyanın pozulması istiqamətində hər hansısa bir irəliləyiş yoxdur”.

APA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O qeyd edib ki, bunun üçün ictimai fəallar tərəfindən aksiya keçirilir: “Aksiyaçıların tələbləri çox normaldır. Onlar sözügedən ərazidə monitorinqlərə razılıq verilməsini tələb edirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR