Günəş energetikası üzrə Elmi Şuranın İşçi Qrupunun iclası keçirilib

Günəş energetikası üzrə Elmi Şuranın İşçi Qrupunun iclası

© APA | Günəş energetikası üzrə Elmi Şuranın İşçi Qrupunun iclası

# 27 yanvar 2022 18:52 (UTC +04:00)

Yanvarın 27-də Azərbaycan Milli Elmlər Akademiyanın (AMEA) Rəyasət Heyəti aparatında AMEA-nın Elmi İnnovasiyalar və Alternativ Enerji Texnologiyaları üzrə Elmi Şurasının Günəş energetikası üzrə Elmi Şurasının İşçi Qrupunun iclası keçirilib.
AMEA-dan APA-ya bildirilib ki, iclasda çıxış edən şuranın sədr müavini, AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov bildirib ki, Prezidentin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetin reallaşdırılmasını qarşıya əsas strateji hədəf olaraq qoyub.

O, bunlardan birincisinin dayanıqlı artan rəqabət qabiliyyətli iqtisadiyyatın təmin edilməsi olduğunu deyib: "Milli Prioritetlə bağlı sənəddə qeyd edilir ki, Azərbaycanın hərtərəfli inkişafına nail olmaq üçün daxili və xarici təsirlərə qarşı dayanıqlıq gücləndirilməli, makroiqtisadi sabitlik daha da möhkəmləndirilməlidir. Eyni zamanda o da xüsusi olaraq vurğulanır ki, cəmiyyətin dayanıqlı inkişafına yalnız iqtisadiyyatın şaxələndirilməsi ilə nail olmaq mümkündür. Bunun üçün əsas şərtlərdən biri iqtisadiyyatda qeyri-neft sektorunun payının artırılmasıdır. Sənəddə yaxın gələcəkdə qabaqcıl ölkələrdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin daha çox artacağı bir daha vurğulanır. Qeyd edilir ki, indiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqi genişləndirilməli, elmi-texniki potensiala əsaslanmaqla iqtisadiyyatın bütün sahələrində alternativ və bərpa olunan enerji mənbələrinin ilkin istehlakda payı artırılmaqla iqlim dəyişikliklərinin təsiri azaldılmalıdır”.

Sonra akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, AMEA Rauf Qardaşov “Azərbaycanda Günəş enerjisindən səmərəli istifadənin perspektivləri” mövzusunda elmi məruzə ilə çıxış edib.

Daha sonra iclası “Azərenerji” ASC-nin Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun Enerji sisteminin rejimləri şöbəsinin baş elmi işçisi, Günəş energetikası üzrə Elmi Şuranın İşçi Qrupunun sədri Nəriman Rəhmanov davam etdirərək, Azərbaycan dövlətinin 2030-cu ilədək Bərpa olunan enerji mənbələri əsasında tikintinin layihələndirilməsi və tikinti Planı haqqında geniş məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR