İşəgötürənlər yeni iş yerləri barədə məlumatları “Məşğulluq” altsisteminə daxil edəcəklər

İşəgötürənlər yeni iş yerləri barədə məlumatları “Məşğulluq” altsisteminə daxil edəcəklər
  • Clock-gray 11:45
  • calendar-gray 18 Sentyabr 2019

Nazirlər Kabineti “Yeni iş yeri və ya boşalan iş yeri barədə məlumatların elektron informasiya sisteminə daxil edilməsi Qaydası və Forması”nı təsdiqləyib.

APA-nın məlumatına görə, bu Qayda yeni iş yeri və ya boşalan iş yeri barədə məlumatların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (MEİS) “Məşğulluq” altsisteminə (MAS) daxil edilməsi qaydasını və formasını müəyyənləşdirir.

Qaydaya əsasən, işəgötürənlər yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı gündən ən geci 5 iş günü müddətində əməkhaqqı göstərilməklə bu barədə məlumatı “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarından istifadə etməklə MAS-da formalaşdırılmış “Vakansiya Bankı”na daxil etməlidirlər. MAS işəgötürənlərin əmək müqaviləsi bildirişi və vakansiya bankının məlumatları əsasında hər bir işəgötürən üzrə ştat vahidlərinə dair cədvəl yaradacaq.  İşəgötürənlər boş olan iş yerlərini ləğv etdikdə, ştat vahidlərinə dair cədvəldə nəzərə alınması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu barədə 5 iş günü müddətində rəsmi məlumat verməlidirlər. Ən geci 5 iş günü müddətində məlumatlar nazirliyə təqdim edilmədiyi halda, həmin iş yeri MAS tərəfindən vakansiya bankına daxil ediləcək.

Yeni iş yeri və ya boşalan iş yeri barədə məlumatların elektron informasiya sisteminə daxil edilməsi forması

 

1

2

3

1.

vergi ödəyicisinin eyniləşdirmə nömrəsi

 

2.

işəgötürənin adı*

 

3.

təşkilati hüquqi forması*

 

4.

mülkiyyət növü (dövlət, özəl, bələdiyyə)*

 

5.

iqtisadi fəaliyyət növü **

 

6.

ünvanı (şəhər/rayon, küçə) *

 

7.

elektron poçt ünvanı (olduğu halda)

 

8.

telefonu

 

9.

yeni iş yeri və ya boşalan iş yerinin sayı

 

10.

yeni iş yeri və ya boşalan iş yeri, vəzifə (peşə)

 

11.

yeni iş yeri və ya boşalan iş yerinin faktiki yaradıldığı ünvan

 

12.

əmək müqaviləsinin müddəti:

  •  müddətli;
  •  müddətsiz

 

13.

əmək stajı tələbi

 

14.

iş vaxtının növləri:

- tam iş vaxtı;

- natamam iş vaxtı;

- qısaldılmış iş vaxtı

 

15.

əməkhaqqının məbləği (manat)

 

16.

 tələb olunan təhsil səviyyəsi:

  •  ümumi orta təhsil;
  •  tam orta təhsil;
  •  peşə təhsili;
  •  orta-ixtisas təhsili;
  •  ali təhsil:
  •  bakalavriat;
  •  magistratura;
  •  doktorantura;
  •  tələb olunmur

 

 

 

1

2

3

17.

tələb olunan peşə (ixtisas)

 

18.

iş yeri üzrə əmək funksiyası

 

19.

ixtisas  üzrə zəruri bilik, bacarıq və səriştələr

 

20.

digər bilik, bacarıq və səriştələr

 

21.

vəzifənin (peşənin) tutulma şərtləri:

  •  müsabiqə əsasında;
  •  müsahibə əsasında;
  •  yoxdur

 

22.

yeni iş yeri və ya boşalan iş yerinə cəlb edilmiş şəxslərin sayı

 

 

* MEİS-dən əldə edilən məlumatlar

 

Qeyd. ** İqtisadi fəaliyyət növləri üzrə bölgü:

 

A kənd təsərrüfatı meşə təsərrüfatı və balıqçılıq

B mədənçıxarma sənayesi

C emal sənayesi

D elektrik enerjisi qaz buxar və kondisiyalaşdırılmış hava ilə təchizat

E su təchizatı çirkli suların və tullantıların təmizlənməsi

F tikinti

G topdan və pərakəndə ticarət avtomobillərinin və motosikletlərinin təmiri

H nəqliyyat və anbar təsərrüfatı

I yaşayışın təşkili və ictimai iaşə

J informasiya və rabitə

K maliyyə və sığorta fəaliyyəti

L daşınmaz əmlakla əlaqədar əməliyyatlar

M peşə  elmi və texniki fəaliyyət

N inzibati və yardımçı xidmətlərin göstərilməsi

O dövlət idarəetməsi və müdafiə; sosial təminat

P təhsil

Q əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi

R istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət

S digər sahələrdə xidmətlərin göstərilməsi

T ev təsərrüfatlarının fəaliyyəti; fərdi istehlak üçün ev təsərrüfatlarının istehsal etdiyi mal və xidmətlərə dair fəaliyyət

U toxunulmazlıq hüququ olan təşkilatların fəaliyyəti

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date