Laçın-Xankəndi yolundan RSK-nın daha bir maşın karvanı keçib - VİDEO - YENİLƏNİB-3

# 17 yanvar 2023 17:06 (UTC +04:00)

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, aksiya keçirilən yerdən bir qədər əvvəl RSK-nın 11 maşından ibarət karvanı Laçından Xankəndiyə doğru keçid edib.

Səhər saatlarından indiyədək Laçın-Xankəndi yolundan RSK-nə məxsus ümumilikdə 35 avtomobil maneəsiz hərəkət edib.

***

14.30

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl Xankəndindən Laçına doğru RSK-nə məxsus daha 6 maşın maneəsiz keçid edib.

***

12.57

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl RSK-nə məxsus bir minik, 6 yük maşınından ibarət karvan aksiya keçirilən ərazidən Laçından Xankəndiyə doğru hərəkət edib.

Bundan başqa, səhər saatlarında Xankəndidən Laçına gedən RSK-nə məxsus iki zirehli avtomobil geriyə, Xankəndiyə keçib.

***

11.49

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, səhər saatlarından indiyədək RSK-nə məxsus ümumilikdə 8 minik və yük maşınları Xankəndi-Laçın yolundan hər iki istiqamətə maneəsiz keçid edib.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.

***

09.00

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, aksiyanın 37-ci günündə, RSK-ya məxsus ilk minik avtomobili Xankəndindən Laçın istiqamətinə maneəsiz keçid edib.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR