Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus mülki avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, aksiya keçirilən yerdən bir qədər əvvəl RSK-nın daha iki hərbi maşını Laçından Xankəndiyə maneəsiz keçid edib.
Gün ərzində indiyədək yoldan RSK-nın 29 maşını keçib.
***
15.51
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus mülki avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl Laçından Xankəndiyə doğru RSK-nın 2 minik avtomobili keçid edib.
***
12.28
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus mülki avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl RSK-yə məxsus 23 avtomobil Xankəndidən Laçına doğru keçib.
Aksiyaçılar yoldan çəkilərək maşın karvanının keçməsinə şərait yaradıblar.
***
10.44
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus mülki avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl RSK-yə məxsus iki avtomobil Xankəndidən Laçına doğru keçib.
Aksiyaçılar yoldan çəkilərək maşınların keçməsinə şərait yaradıblar.