Leyla Əliyeva onkoloji xəstəlikdən əziyyət çəkən uşaqlarla görüşüb

Leyla Əliyeva onkoloji xəstəlikdən əziyyət çəkən uşaqlarla görüşüb
# 21 sentyabr 2022 03:51 (UTC +04:00)

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva onkoloji xəstəlikdən əziyyət çəkən uşaqlarla görüşüb.

APA xəbər verir ki, Leyla Əliyeva bu barədə rəsmi instaqram səhifəsində paylaşım edib.

Milli Onkologiya Mərkəzinin nəzdindəki Uşaq Onkologiya Klinikasında keçirilən görüş zamanı Leyla Əliyeva uşaqların səhhəti və müalicələrinin gedişi ilə maraqlanıb.

Klinikada müalicə olunan uşaqlara hədiyyələr təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR