Məktəbəhazırlığa cəlb olunanların sayı 16 faiz artıb

Məktəbəhazırlığa cəlb olunanların sayı 16 faiz artıb
# 22 iyul 2022 12:15 (UTC +04:00)

Şəhər və kəndlər üzrə məktəbəqədər təhsilin əhatəlilik göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşıb, məktəbəqədər təhsil müəssisələrində tərbiyə alan və ümumtəhsil məktəblərində məktəbəhazırlığa cəlb olunmuş uşaqların 15 yaşlı uşaqların ümumi sayında xüsusi çəkisi son 5 ildə 16% bəndi artaraq 32%-ə çatıb.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 20222026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb.

Sənəddə bildirilib ki, təhsilin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə müəllim-pedaqoq heyətinin inkişafı və motivasiyası diqqətdə saxlanılıb.

Qeyd edilib ki, müəllimlər arasında aparılan müsabiqələr və müəllimlərin təkmilləşdirilməsi üçün həyata keçirilən tədbirlər, habelə müəllimlərin son 10 ildə əməkhaqlarının 2,4 dəfə artırılması ümumi təhsil məktəblərində təhsil keyfiyyətinə müsbət təsir göstərib. Ölkədə təhsilə çıxışın yaxşılaşdırılması məqsədilə müasir texnologiyaya əsaslanan təhsil infrastrukturu yaradılmışdır. 20032021-ci illərdə 3400-dən çox məktəb binası tikilib və ya əsaslı təmir edilib ki, bu da bütün məktəblərin 76%-ni təşkil edir. Elmi tədqiqat potensialı müasirləşdirilib, tətbiqyönlü tədqiqatların aparılması genişləndirilib, müasir texnologiyaların tətbiqi imkanları yaranıb və bu prosesdə əqli mülkiyyətin rolu artırılıb. Elmin müxtəlif sahələri üzrə tədqiqatlara dair nəşrlərin sayı sürətlə artıb.

Bildirilib ki, son 5 ildə akademik nəşrlərin sayı 980% artıb və Cənubi Qafqaz ölkələri arasında Azərbaycan bu göstərici üzrə 2018-ci ildən etibarən hər il mütəmadi olaraq birinci yerdə qərarlaşıb. Son 4 ildə əqli mülkiyyət sahəsində institusional islahat nəticəsində Qlobal Rəqabətlilik İndeksində ölkəmiz “Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə 140 ölkələr sırasında 71-ci yerdən 30-cu yerə irəliləyib, yaradıcı iqtisadiyyatın ÜDM-dəki payı 3,5%-dən 5,3%-ə yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR