Nazir regional təhsil idarələrinin yaradılması ilə bağlı əmr imzalayıb

Nazir Emin Əmrullayev

© APA | Nazir Emin Əmrullayev

# 26 fevral 2022 09:04 (UTC +04:00)

Rayon və şəhər təhsil şöbələrinin əsasında regional təhsil idarələri yaradılacaq.

APA-nın əldə etdiyi məlumata görə, bu barədə təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, regional təhsil idarələri aşağıdakı kimi təşkil olunacaq:

- Sumqayıt şəhər, Abşeron, Xızı rayon tahsil şöbələrinin əsasında Abşeron-Xızı Regional Təhsil İdarəsi: (İdarə Sumqayıt şəhərində yerləşməklə)

- Ağsu, İsmayıllı, Qobustan ve Şamaxı rayon təhsil şöbələrinin əsasında Dağlıq Şirvan Regional Təhsil İdarəsi (idarə Şamaxı rayonunda yerləşməklə):

- Gəncə şəhər Təhsil İdarasi, Naftalan şəhər, Daşkəsən, Goranboy, Göygöl və Samux rayon təhsil şöbələrinin əsasında Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi (İdara Gəncə şəhərində yerləşməklə);

- Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayon təhsil şöbələrinin əsasında Qarabağ Regional Təhsil İdarəsi (İdarə Bərdə rayonunda yerləşməklə)

- Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayon təhsil şöbələrinin əsasında Qazax-Tovuz Regional Təhsil İdarəsi (idarə Şəmkir rayonunda yerləşməklə);

- Xaçmaz, Quba, Qusar, Siyəzen və Şabran rayon təhsil şöbələrinin əsasında Quba-Xaçmaz Regional Təhsil İdarəsi (idarə Quba rayonunda yerləşməklə);

- Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayon təhsil şöbələrinin əsasında Lənkəran-Astara Regional Təhsil İdarəsi (idarə Lənkəran şəhərində yerləşməklə).

- Mingəçevir şəhər, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayon tahsil şöbələrinin əsasında Mərkəzi Aran Regional Təhsil İdarəsi (idarə Yevlax şəhərində yerləşməklə);

- Beyləqan, İmişli, Saatlı və Sabirabad rayon təhsil şöbələrinin əsasında Mil-Muğan Regional Təhsil İdarəsi (idarə Sabirabad rayonunda yerləşməklə):

- Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayon təhsil şöbələrinin əsasında Şəki - Zaqatala Regional Təhsil İdarəsi (İdarə Şəki şəhərində yerləşməklə);

- Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayon təhsil şöbələrinin əsasında Şərqi Zəngəzur Regional Təhsil İdarəsi (İdarə müvəqqəti olaraq Bakı şəhərinda yerləşməklə)

- Şirvan şəhər, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayon təhsil şöbələrinin əsasında Şirvan-Salyan Regional Təhsil İdarəsi (İdarə Salyan rayonunda yerləşməklə).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR