Qəbələdə qarlı-buzlu yolda avtomobilin dərəyə sürüşməsinin qarşısı alınıb

Qəbələdə qarlı-buzlu yolda avtomobilin dərəyə sürüşməsinin qarşısı alınıb
# 17 yanvar 2022 22:12 (UTC +04:00)

Qəbələ rayonunun Laza kəndində yolun qarlı-buzlu olması səbəbi ilə “Toyota” markalı minik avtomobilinin dərəyə sürüşmə təhlükəsinin yaranması, sürücü və sərnişinin soyuq hava şəraitində köməksiz vəziyyətdə qalması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.

FHN-dən APA-ya verilən məlumata görə, nazirliyin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində avtomobilin təhlükəsiz əraziyə çıxarılması təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR