Qurban Yetirmişli: Türkiyədəki zəlzələnin afterşokları 1 ay davam edə bilər

Qurban Yetirmişli: Türkiyədəki zəlzələnin afterşokları 1 ay davam edə bilər
# 06 fevral 2023 13:27 (UTC +04:00)

Türkiyədə baş vermiş zəlzələnin afterşokları 1 ay davam edə bilər.

APA xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli mətbuat konfransında deyib.

Qurban Yetirmişli Türkiyə baş vermiş zəlzələnin süni şəkildə yaradıldığı ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirib:

“İllər öncə İranda belə hal yaşanmışdı və biz, onu müəyyən etmişdik. Süni zəlzələləri biz hazırda öz işimizdən ayırırıq. Təbii proseslə süni prosesi bir-birindən ayırmaq mümkündür. Əsasən haradasa partlayışlar baş verəndə süni şəkildə zəlzələlər olur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR