“İyuldan etibarən müəllimlərin sertifikasiyası ilə bağlı qeydiyyat prosesinə start veriləcək”.
APA xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib.
O bildirib ki, müəllimlərin özlərinin qeydiyyatdan keçmələrinə ehtiyac yoxdur:
“Qeydiyyat Regional Təhsil İdarələri tərəfindən aparılacaq. Müəllimlərin işə qəbulu imtahanları üçün 15 imtahan mərkəzinin ayrılması nəzərdə tutulub. Sertifikasiyada isə bunlardan 8-i istifadə olunacaq. Sertifikatlaşdırma ilə bağlı imtahanın test mərhələsi avqustun sonu keçiriləcək. Test mərhələsindən uğurla keçənlərin müsahibəsi isə ilin sonuna qədər yekunlaşacaq”.