TƏBİB: Serebral iflic yeni tibbi xidmətlər zərfinə daxil edilib

TƏBİB: Serebral iflic yeni tibbi xidmətlər zərfinə daxil edilib
# 07 fevral 2023 11:27 (UTC +04:00)

Yeni tibbi xidmətlər zərfinə serebral iflic xəstəliyi ilə bağlı xidmətlər daxil edilib.

APA xəbər verir ki, bunu “Yeni klinika” tibb müəssisəsinin təşkilatçılığı ilə keçirilən “Serebral iflic və cəmiyyət” mövzusunda forumda TƏBİB-in icraçı direktorunun müşaviri Pərvin Əkbərov deyib.

Onun sözlərinə görə, serebral iflic xəstəliyi bütün dünyada diqqətdə saxlanılan sindromdur: “Bu xəstəlik uşaqlarda ana bətnində yarandığına görə hamiləlik dövründən diqqətdə saxlanılması vacibdir. Regionlarımızda reabilitasiya mərkəzlərinin yaranması üçün çalışırıq.

Yeni xidmətlər zərfinə serebral ifliclə bağlı xidmətlər daxil edilib. Rayonlarda yaşayanlar da bu xidmətdən yararlana biləcəklər”.

O qeyd edib ki, bu gün dünyada 1000 uşaqdan 2-si serebral ifliclə doğulur.

Aləmdə Nəsib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR