Təyyar Eyvazov: “COVID-lə bağlı sərt tədbirlərə ehtiyac yoxdur”

Təyyar Eyvazov

© APA | Təyyar Eyvazov

# 20 iyul 2022 15:28 (UTC +04:00)

“Hazırda Azərbaycanda COVID-19-la bağlı vəziyyət qənaətbəxşdir. Sərt tədbirlərə ehtiyac yoxdur”.

APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov bildirib.

Onun sözlərinə görə, səhiyyə qurumları tibbi maskalardan istifadə ilə bağlı müraciətlər edib:

“Bunlara əməl etmək tövsiyə edilir. Yenidən sərt karantin qaydalarına gediləcək qədər ağır epidemioloji vəziyyətin olacağını düşünmürəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR