"Hazırda turizm sənayesi pandemiyadan əvvəlki rəqəmlərin təxminən 40%-ni qaytara bilib".
Bu barədə APA-nın sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyindən xəbər verilib.
Bildirilib ki, pandemiya səbəbindən ölkələrarası səfərlərdə müəyyən məhdudiyyətlər davam etdiyindən tam bərpaya yaxın 2 il ərzində nail olunacağı gözlənilir.
Qeyd edək ki, 2022-ci ilin yanvar-mart aylarında ölkəyə 246 277 xarici vətəndaş səfər edib. Ötən ilin eyni dövrü ilə müqayisədə 110% artım qeydə alınıb.