Xarici səyyah: “Azad edilən ərazilərdə xeyli dağıntı var”

Xarici səyyah: “Azad edilən ərazilərdə xeyli dağıntı var”
# 08 sentyabr 2022 14:52 (UTC +04:00)

“Bu mənim Azərbaycana ikinci səfərimdir. Azərbaycan gözəl ölkədir. Yenidən burada olmaqdan məmnunam”.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu barədə işğaldan azad edilmiş ərazilərə səfər edən BƏƏ-dən olan səyyah Çadi Salloum deyib.

“Bu yerləri görmək həqiqətən gözəldir. Bu yollardan keçib gəlmək şərəfdir. Azad edilmiş ərazilərdə xeyli dağıntı var. Əlbəttə ki, bu, təəssüf doğurur. Lakin müharibənin iç üzü belədir. Ancaq ərazidə çox işlər görülüb. Buranın insanları və mətbəxi isə möhtəşəmdir”, - səyyah qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR