Azərbaycanlı həkimin elmi işi Türkiyədə mükafata layiq görülüb - MÜSAHİBƏ - FOTOSESSİYA
Bakı – APA. Müsahibimiz Mərkəzi Neftçilər Xəstəxanasının urologiya mütəxəssisi dr. Rəşad Məmmədovdur
- Doktor, özünüz haqqında məlumat verərdiniz .
- Elmi işlərə tələbə vaxtlarımdan həvəsim olub. Hələ tələbə ikən 4 elmi işlə Universitetimizin konfranslarında çıxış etmişəm. Hətta 2002-ci ildə ilin ən yaxşı tələbə elmi tədqiqatçısı adına layiq görülmüşəm. 2003 ildə Universiteti bitirdikdən sonra Türkiyə Respublikasının Ege Universitetinin Urologiya Klinikasında uzmanlıq təhsilinə başladım. 2009-cu ildə uzmanlıq dissertasiyamı müdafiə edərək, urologiya uzmanı (mütəxəssisi) adını qazanaraq Vətənə döndüm. Elə o tarixdən də Mərkəzi Neftçilər Xəstəxanasının Urologiya şöbəsində çalışıram.
- Əldə etdiyimiz məlumata görə, bu sizin ilk uğurunuz deyil.
- Bəli. Mən 52 elmi işin müəllifiyəm və dünyanın bir çox ölkəsində elmi işlərim çap olunub. Dünya çapında önəmi olan müxtəlif elmi konfranslarda da elmi işlərimi məruzə etmişəm.
- Necə oldu ki, elmi işiniz mükafata layiq görüldü? Ümumiyyətlə, bu elmi işiniz haqqında da oxucularımıza məlumat verərdiniz...
- İlk öncə deyim ki, elmi işim fundamental eksperimental elmi işdir. Bu elmi araşdırmada dünya tibb ədəbiyyatında ilk dəfə olaraq testosteronun eksperimental sidik qaçırma modelində effektivliyi göstərilib. Bununla da qadınlarda sidik qaçırma xəstəliyinin müalicəsində tamam yeni cığırın yaranacağına ümid edirik. Türkiyədə gerçəkləşdirilən beynəlxalq statuslu konfransda bu elmi işim mükafat komissiyası (urologiya sahəsində məşhur elm adamlarından yaradılmış komissiya) tərəfindən dəyərləndirilib və mükafata layiq görülüb.
- Sizin barənizdə məlumat toplayarkən məlum oldu ki, siz eyni zamanda Azərbaycanda ilk laparoskopik nefrektomiya əməliyyatı etmiş cərrahsınız. Hətta AzTV bu məsələni geniş işıqlandırıb. Bu haqda nə deyə bilərsiniz?
- Bəli, 2 aprel 2011 tarixində respublikamızda ilk dəfə olaraq laparoskopik nefrektomiya - qapalı yol ilə xəstə böyrəyin vücuddan xaric edilməsi əməliyyatını həyata keçirdik. O tarixdən bu günə kimi artıq 18 xəstə üzərində bu əməliyyat uğurla aparıldı. Bu əməliyyatı klassik, yəni açıq metodla aparılan nefrektomiya əməliyyatından fərqləndirən xüsusiyyətləri aşağıdakı şəkildə sıralamaq olar: vücuda minimal zərər verilir, əməliyyatdan sonrakı dövrdə ağrı olmur, kosmetik effekt yaxşı olur və xəstə 1-2 günə evə yazılır. Bu sahədə ölkəmizdə ən təcrübəli mərkəzin həkimi olaraq deyə bilərəm ki, laparoskopik nefrektomiya mürəkkəb əməliyyat olsa da, biz bu əməliyyatı təxminən 60-90 dəqiqəyə icra edirik. Onu da vurğulamaq istəyirəm ki, 5-9 oktyabr 2011 il tarixində Türkiyə Respublikasında gerçəkləşdirilən 9-cu Beynəlxalq Endourologiya Konqresində “Laparoskopik Nefrektomiya: Azərbaycanın ilk seriyası” başlıqlı məqalə ilə məruzəm oldu. Bu məruzəmdə o vaxt üçün (oktyabr 2011) 11 xəstəlik laparoskopik nefrektomiya seriyamızı məruzə etdim. Müxtəlif ölkədən gələn elm adamları da bir daha şahid oldular ki, Azərbaycanda tibbi günü gündən inkişaf edir.
- Gələcək planlarınız?
- Cərrahiyyənin bütün sahələrində olduğu kimi, urologiyanın da ana xətti minimal invaziv (endoskopik və laparoskopik əməliyyatlar) yanaşmadır. Oxucularımızın da diqqətinə çatdırıram ki, hal –hazırda Mərkəzi Neftçilər Xəstəxanasının Urologiya şöbəsində sidik tənasül orqanlarının bütün xəstəlikləri endoskopik və laparoskopik metodların tətbiqi ilə əməliyyat edilir. 2011-ci ildə mən Koreya Respublikasının Yonsei Universitetində Robotik Cərrahiyyə üzrə də təhsil aldım. Hal hazırda məqsədimiz Azərbaycanda robotla uroloji (Robotik Uroloji Cərrahiyyə) əməliyyatları tətbiq etməkdir.
Sosial
DYP Zəfər və Dövlət Bayrağı günləri ilə bağlı Bakıda keçiriləcək hərbi yürüşlərlə bağlı müraciət edib
Zakir Fərəcov vətəndaşlarla növbəti səyyar qəbul keçirib
Naxçıvan üzrə noyabrın pensiyaları ödənilib
Məktəblilər arasında “Zəfər tariximiz, Qayıdış gələcəyimizdir” adlı esse müsabiqəsi keçiriləcək
Xəbər Lenti
Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub - YENİLƏNİB
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
DYP Zəfər və Dövlət Bayrağı günləri ilə bağlı Bakıda keçiriləcək hərbi yürüşlərlə bağlı müraciət edib
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
Fransa üzərindən uçan 4 təyyarədə bomba xəbərdarlığı qeydə alınıb
Prezident və birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - YENİLƏNİB - FOTO
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
Zakir Fərəcov vətəndaşlarla növbəti səyyar qəbul keçirib
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər - FOTO - VİDEO
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
Dövlət qurumlarının İT mühitinin diaqnostikasının həyata keçirilməsi XRİTDX-ə həvalə edilib
Naxçıvan üzrə noyabrın pensiyaları ödənilib
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Gürcüstanda azərbaycandilli kənd məktəbi üçün yeni bina tikilib
Məktəblilər arasında “Zəfər tariximiz, Qayıdış gələcəyimizdir” adlı esse müsabiqəsi keçiriləcək
Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
Mürsəl İbrahimov Qəbələdə vətəndaşları qəbul edib
PAŞA Real Estate Qrup və “Zəfər” İctimai Birliyi Zəfər Gününə həsr olunmuş xeyriyyə sərgisi təşkil edib
Prezident İlham Əliyevin mədəniyyətlərarası dialoq konsepsiyası - ŞƏRH
Rusiya bu il 63,5 min miqrantı deportasiya edib
QHT-lərin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Kreml: Ermənistanın üzvlüyü KTMT-də aparılan müzakirələrdən sonra müəyyən ediləcək
Sklerozun müalicəsində istifadə olunan dərman vasitələri ilə bağlı problemə aydınlıq gətirilib
Laçında Zəfər Gününə həsr olunmuş konsert keçirilib - FOTO
Kreml Rusiya nümayəndə heyətinin Vaşinqtonda Melaniya Trampla görüşünü müsbət qiymətləndirir
Dərmanların ambulator şəraitdə müalicə alan xəstələrə verilməsi qaydaları hazırlanır
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb
"PeşəFest-2026"nın Bakıda yekun tədbiri keçirilib - FOTO
Rusiya son bir həftədə Ukraynanın 5300-dən çox dronunu vurub
Azərbaycanda bağçalar adambaşına maliyyələşmə mexanizminə keçəcək
Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır
Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açılıb
Kseniya Sobçaka Rusiyada yeni biznes açmaq üç illik qadağan olunub
Fransada şagirdləri daşıyan avtobus qəzaya uğrayıb, yaralılar var
Sahil Babayev: Bu gün inflyasiya Azərbaycanda nəzarətdə saxlanılan həddədir
Soltan Məmmədov: İlkin səhiyyə xidmətlərinə və uşaqların reabilitasiyasına ayrılan resurslar artırılmalıdır
Son beş ildə peşə məktəblərinə qəbul 70 faiz artıb
Sahibkarlıq subyektlərinə pilot layihə kimi tətbiq olunacaq ümumi kredit portfelinin həcmi müəyyənləşib
“ACWA Power"in Direktorlar Şurasının sədri Prezident İlham Əliyevi təbrik edib
Gələn il cəmi güzəşt və azadolmaların məbləği 7.6 mlrd. manata çatacaq
ADY bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
Azərbaycan Hava Yolları gələcəyin texniki mütəxəssislərini yetişdirir - FOTO
Tətil planınız hazırdır? Səyahət sığortanızı unutmayın!
Unibankın mobil bankçılıq xidməti olan Leobank “Felis 2026”da qızıl mükafat qazanıb
Baş Prokurorluqda “Zəfər Günü” münasibətilə tədbir keçirilib
Emin Mahmudov millidə karyerasını başa vurur
Nazir Anar Əliyev: İşsizlikdən sığorta fondunun xərclərində 19,8 faiz artım gözlənilir