Azərbaycanda daha 4387 nəfər COVID-19-a yoluxub, 3133 nəfər sağalıb, 38 nəfər vəfat edib

Azərbaycanda daha 4387 nəfər COVID-19-a yoluxub, 3133 nəfər sağalıb, 38 nəfər vəfat edib
# 08 dekabr 2020 15:05 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4387 yeni yoluxma faktı qeydə alınıb, 3133 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 154 152 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 93 411 nəfər müalicə olunaraq sağalıb, 1 713 nəfər vəfat edib, aktiv xəstə sayı 59 028 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 321, ötən müddət ərzində isə ümumilikdə 1 865 512 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR