Bakıda orta məktəblərin, bağçaların və məscidlərin dezinfeksiyasına başlanılıb - EKSKLÜZİV

Bakıda orta məktəblərin, bağçaların və məscidlərin dezinfeksiyasına başlanılıb - EKSKLÜZİV
# 20 fevral 2020 14:14 (UTC +04:00)

Koronavirus təhlükəsi ilə əlaqədar Bakıda orta məktəblərin, bağçaların və məscidlərin dezinfeksiyasına başlanılıb.

Bu barədə APA-ya eksklüziv açıqlamasında Bakı Şəhər Dezinfeksiya Mərkəzinin direktoru Akif Məmmədov bildirib.

İndiyə qədər 27 məscid, 2 sinaqoq, 60 məktəb və 50 uşaq bağçasında dezinfeksiya aparılıb. Dezinfeksiya işləri hazırda davam edir: "Bakı şəhərində 333 məktəb, elə o qədər bağça, 90 məscid var. Dezinfeksiya işləri bu obyektlərin hamısını əhatə edəcək".

A. Məmmədov deyib ki, dezinfeksiya işləri əhalinin sıx olduğu digər yerlərdə, o cümlədən teatr və kitabxanalarda da aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR