Elmi-Tədqiqat Profilaktika İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyinat olub

Elmi-Tədqiqat Profilaktika İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyinat olub
  • Clock-gray 17:41
  • calendar-gray 25 Sentyabr 2020

Akif İrzaxan oğlu Qurbanov TƏBİB-in V.Y.Axundov adına Elmi-Tədqiqat Profilaktika İnstitunda elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilib. 

TƏBİB-dən APA-ya bildirilib ki, Tibb üzrə elmlər doktoru, professor, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 13 iyun tarixli Sərancamı “Əməkdar müəllim” adına layiq görülüb.

Bundan öncə, 2005 – 2011 Azərbaycan Tibb Universiteti, Tibbi Mikrobiologiya və İmmunologiya kafedrasıda dosenti, 2012- 2019 Azərbaycan Tibb Universiteti, Təhsilin keyfiyyətinin təminatı və innovasiya şöbəsinin müdiri olaraq çalışıb.

Eyni zamanda, Azərbaycan Tibb Universiteti, Elmi Tədqiqat Tədris-Klinik Mikrobiooji Laboratoriya həkimi, Azərbaycan Tibb Universiteti, Tibbi Mikrobiologiya və İmmunologiya kafedrasının professoru, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Ekspert Şurasının üzvü kimi fəaliyyət göstərir.

 

Əsmər Qabil

Digər xəbərlər