Qəbələdə maarifləndirmə və dezinfeksiya tədbirləri davam etdirilir

Qəbələdə maarifləndirmə və dezinfeksiya tədbirləri davam etdirilir
# 29 mart 2020 18:30 (UTC +04:00)

Koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq məqsədilə Qəbələ rayonunda təxirəsalınmaz, qabaqlayıcı tədbirlər davam etdirilir.

APA-nın xəbərinə görə, bu gün Qəbələ şəhərində 2 küçədə, Qəbələ şəhər bazarında və Mirzəbəyli kəndində sanitar-dezinfeksiya işləri aparılıb.

Qəbələ Rayon İcra Hakimiyyəti tərəfindən yaradılan 68 xüsusi qrupun üzvləri şəhərin prospekt və küçələrində, məhəllələrdə, kənd və qəsəbələrdə xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması məqsədilə sakinlər arasında təbliğat və maarifləndirmə işləri aparırlar.

Dezinfeksiya və maarifləndirmə işləri davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR