Son sutkada dünyada 513 797 nəfər koronavirusa yoluxub

Son sutkada dünyada 513 797 nəfər koronavirusa yoluxub
# 21 mart 2021 19:44 (UTC +04:00)

Son sutkada dünyada 513 797 nəfər yeni növ koronavirusa (COVİD-19) yoluxub, 9 984 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu, Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı son statistikada əksini tapıb.

Beləliklə, indiyə qədər dünyada 122 524 424 nəfər koronavirusa yoluxub, 2 703 620 nəfər ölüb.

Ötən sutkada COVİD-19-a yoluxmaların 40 faizindən çoxu (206 504 yoluxma) Avropanın payına düşür. İkinci yerdə 202 660 yoluxma ilə Şimali və Cənubi Amerika, üçüncü yerdə 51 988 yoluxma ilə Cənub-Şərqi Asiya gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR