Şərurun Dəmirçi kəndi Sədərək rayonunun tabeliyinə verilib

Şərurun Dəmirçi kəndi Sədərək rayonunun tabeliyinə verilib
# 13 mart 2021 18:26 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dəmirçi kəndi Sədərək rayonunun tabeliyinə verilib.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün təsdiqləditi n “Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanunda əksini tapıb.

Bununla əlaqədar “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda da analoji dəyişiklik edilib. Şərur rayonunun inzibati ərazisindən dövlət mülkiyyətində olan 4444 ha torpaq sahəsi Sədərək rayonunun inzibati ərazisinə birləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR