TƏBİB-ə tibbi xarakterli məcburi tədbirin ləğv edilməsi sahəsində səlahiyyət verilir

TƏBİB-ə tibbi xarakterli məcburi tədbirin ləğv edilməsi sahəsində səlahiyyət verilir
  • Clock-gray 13:27
  • calendar-gray 07 Aprel 2021

Tibbi xarakterli məcburi tədbirin ləğv edilməsi və ya dəyişdirilməsi sahəsində səlahiyyətli orqan dəyişir.

APA-nın məlumatına görə, bununla bağlı Cinayət-Prosessual Məcəlləsinə müvafiq dəyişiklik təklif edilir.

Qüvvədə olan qanuna görə, şəxsin səhhətinin yaxşılaşması və ya tam sağalması nəticəsində gələcəkdə tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi zərurəti aradan qalxdıqda, məhkəmə həkim komissiyasının rəyinə əsaslanmış səhiyyə orqanının təqdimatı üzrə tibbi xarakterli məcburi tədbirin ləğv edilməsi və ya dəyişdirilməsi haqqında məsələyə baxır.

Layihəyə əsasən, bu sahədə təqdimatı müvafiq icra hakimiyyəti orqanının yaratdığı orqan (qurum) – TƏBİB verəcək. 

Firuzə Vahid

Digər xəbərlər