Zərərli, ağır istehsalatda çalışanlar 3 aydan bir təlimatlandırılacaqlar

Zərərli, ağır istehsalatda çalışanlar 3 aydan bir təlimatlandırılacaqlar
# 24 sentyabr 2020 12:55 (UTC +04:00)

Zərərli, ağır istehsalatda çalışan işçilər əmək şəraitinin xüsusiyyətlərindən asılı olaraq ən azı 3 ayda bir dəfədən, digər iş yerlərində isə ən azı ildə bir dəfədən az olmayaraq təlimatlandırılacaqlar.

APA-nın məlumatına görə, bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Hazırki Məcəlləyə görə, zərərli, ağır istehsalatlardakı iş yerlərinə, peşələrə (vəzifələrə) və yüksək təhlükə mənbəyi olan maşın, mexanizmlərdə, avadanlıqlarda işləmək üçün işə götürülən işçilərin qabaqcadan əməyin mühafizəsi üzrə təlimatlandırılması keçirilmədən əmək funksiyasının icrasına başlamasına yol verilmir. İşəgötürən bu təlimatlandırmaların xüsusi jurnallarda qeydiyyatını və onların uçotunu aparmağa borcludur.

Təklif olunan dəyişiklikdə, həmin hissəyə “Bu iş yerlərində işçilərin vaxtaşırı təlimatlandırılması əmək şəraitinin xüsusiyyətlərindən asılı olaraq ən azı 3 ayda bir dəfədən, digər iş yerlərində isə ən azı ildə bir dəfədən az olmayaraq aparılmalıdır. Əmək şəraitinin xüsusiyyətlərindən asılı olaraq işçilərin vaxtaşırı təlimatlandırılması kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir, kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında razılaşmalarla müəyyən ediləcək” - əlavəsi ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR