Gələn il 39 rayon xərclərini özü təmin edəcək

Gələn il 39 rayon xərclərini özü təmin edəcək
  • Clock-gray 18:39
  • calendar-gray 18 Oktyabr 2019

2020-ci il dövlət büdcəsi gəlirlərinin tərkib hissəsi olan yerli gəlirləri (Bakı şəhərinə aid olan hissəsi nəzərə alınmaqla) 797,6 milyon manat məbləğində nəzərdə tutulub.

APA-nın məlumatına görə, bu, Maliyyə Nazirliyinin təqdim etdiyi 2020-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb.

Layihəyə əsasən, bu, 2019-cu illə müqayisədə 58,8 milyon manat və ya 8,0 faiz çoxdur. 2020-ci ildə yerli xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan maliyyə yardımının (dotasiyanın) yerli xərclərin tərkibində xüsusi çəkisi 6,2 faiz təşkil edəcək. Bu da əvvəlki illə müqayisədə 6,1 faiz-bənd azdır.

Növbəti ildə 39 rayon və şəhərlər (Gəncə, Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki, Şirvan, Yevlax şəhərləri və Abşeron, Ağcabədi, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, İmişli, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran, Şamaxı, Ağsu, Cəlilabad, Daşkəsən, Göygöl, Şəmkir və Tovuz rayonları) xərclərini öz gəlirləri hesabına təmin edəcəklər.

Əsmər Qabil

Digər xəbərlər

Arxiv

date