Azərbaycan yığmasının kapitanı “Jakarta” klubu ilə müqavilə bağlayıb

Azərbaycan yığmasının kapitanı “Jakarta” klubu ilə müqavilə bağlayıb
# 25 noyabr 2019 12:42 (UTC +04:00)

Azərbaycan millisinin voleybolçusu Odina Əliyeva karyerasını İndoneziyada davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, 29 yaşlı hücumçu “Jakarta” klubu ilə müqavilə bağlayıb.

O, azərbaycanlı baş məşqçi Ziya Rəcəbovun çalışdıracağı paytaxt təmsilçisi ilə 1 illik anlaşıb. Bununla da yığmanın kapitanı ilk dəfə Avropadan kənarda çıxış edəcək. Hücumçu daha öncə Türkiyə və İtaliyada da legioner həyatı yaşayıb. Onun son klubu “Çyeri” olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR