Səfir: Azərbaycana gələn Meksika turistlərin sayı 20% artıb

Səfir: Azərbaycana gələn Meksika turistlərin sayı 20% artıb
# 07 noyabr 2019 11:47 (UTC +04:00)

Azərbaycana gələn Meksika turistlərin sayı son illər ərzində 20% artıb.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Meksikanın Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini Flores deyib.

Səfirin sözlərinə görə, Azərbaycandan Meksikaya səyahət edənlərin sayında isə 10%-lik artım müşahidə olunub.

"Ölkələr arasında iqtisadi cəhətdən möhkəm əlaqələr qurulub. Məsələn, Meksikadan Azərbaycana tekila idxal edilir və bu idxalın həcmində artım müşahidə olunur. Belə ki, 2016-cı ildə ölkəyə 5 yük maşını tekila gətirilibsə, artıq son illər bu say minlərlə hesablanır", - deyə səfir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR