ABŞ-ın Azərbaycana siyasətdə qərəzli mövqeyinin səbəblərinə aydınlıq gətirilib

Fuad Çıraqov

© APA | Fuad Çıraqov

# 14 yanvar 2022 12:54 (UTC +04:00)

“ABŞ-da hakimiyyətdə müəyyən dairələr ABŞ-ın maraqlarına zidd siyasət həyata keçirirlər. Belə dairələr ideoloji təsir altında hərəkət edirlər”.

APA-nın məlumatına görə, bunu bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Fuad Çıraqov Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 12-də Azərbaycan televiziya kanallarına verdiyi müsahibəsi zamanı səsləndirilmiş əsas fikirlərə dair media üçün açıq müzakirələr zamanı bildirib.

F. Çıraqov deyib ki, Vaşinqtondakı müəyyən qüvvələr Ermənistanın şıltaq övladı kimi bütün hərəkətlərini qəbul edirlər: “Ancaq balanslı siyasət həyata keçirən, Avropanın enerji təhlükəsizliyinə töhfə verən Azərbaycanın fəaliyyəti müvafiq formada qiymətləndirilmir. Reallığa uyğun olmayan siyasət həyata keçirilir. Biz NATO-nun ikinci böyük Ordusuna malik Türkiyəyə münasibətdə də bunun şahidi oluruq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR