Azərbaycan XİN İndoneziyaya başsağlığı verib

Azərbaycan XİN İndoneziyaya başsağlığı verib
# 22 noyabr 2022 17:05 (UTC +04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi İndoneziyada zəlzələ ilə bağlı paylaşım edib.

APA xəbər verir ki, paylaşımda deyilir:

“Qərbi Yavada, İndoneziyada baş verən dağıdıcı zəlzələ xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik. Azərbaycan bu çətin gündə dost və qardaş İndoneziyanın yanındadır”.

Xatırladaq ki, İndoneziyada zəlzələ zamanı ölənlərin sayı 252-yə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR